Kənd təsərrüfatının heyvandarlıq sahəsi də rayon iqtisadiyyatı üçün əsas sahələrdən biridir. Son illərdə bu sahənin inkişafı istiqamətində görülmüş işlər və mal-qaranın baş sayının artması məhsul istehsalına öz təsirini göstərmişdir. Belə ki, 2017-ci ilin birinci rübü ərzində heyvandarlıq sahəsində diri çəkidə 2065 ton ət, 9144 ton süd, 3738 min ədəd yumurta istehsal edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,3 faiz, süd istehsalı 0,2 faiz, yumurta istehsalı 0,1 faiz artmışdır.
2017-ci ilin birinci rübü ərzində iri buynuzlu mal-qaranın sayı 66063 baş, inək və camışların sayı 33284 baş, qoyun və keçilərin sayı 133904 baş, donuzların sayı isə 220 başa çatmışdır.
Rayonda 2017-ci ilin birinci rübü ərzində kənd təsərrüfatı məhsulunun həcmi 0,3 faiz artaraq 13831,1 min manat təşkil etmişdir.