2016-cı ildə Kürdəmir rayonunda bütün maliyyə mənbələri hesabına 37655,9 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Dövlət mülkiyyəti olan əsas fondlar 25047,7 manat, qeyri dövlət mülkiyyəti olan əsas fondlar isə 12608,2 min manat olmuşdur ki, onunda 11748,2 min manatı əhalinin şəxsi vəsaiti hesabına tikilib istifadəyə verilmiş ümumi sahəsi 37878 kv. m olan 339 ədəd evlərin payına düşür. Əhalinin şəxsi hesabına tikilib istifadəyə verilmiş evlərin ümumi sahəsi keçən ilin müvafiq dövrü ilə müqayisdə 4,8 dəfə çox olmuşdur. Bundan başqa rayonda 100 ədəd çarpayısı olan müasir tipli xəstəxana da tikilib istifadəyə verilmişdir.