2016-cı il Kürdəmir sənayesi

2016-cı ili Kürdəmir sənayesi üçün uğurlu dövr hesab etmək olar. Beləki, İl ərzində rayonun sənaye müəssisələri, həmçinin sənaye fəliyyəti ilə məşğul olan fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 70937,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən sabit qiymlətlərlə 8,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal edilmiş məhsullar və göstərilmiş xidmətlərin ümumi həcmi baxımından dövlət sektorunda 0,1 faiz, qeyri-dövlət sektorunda isə 9,2 faiz artım qeydə alınmışdır.

Tarix: 20-2-2017 // saat: 22:32

İstehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin 65468,1 min manatı və ya 92,3 faizi emal, 4453,1 min manatı və ya 6,3 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizatı, 1016,0 min manatı və ya 1,4 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrinin payına düşür.
Emal sənayesinin əsas hissəsini qida məhsullarının istehsalı təşkil etməklə, keçən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artım müşahidə olunmuşdur. Emal sənayesinin bu sahəsi üzrə il ərzində 64975,9 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da bütün emal sənayesi məhsulunun 99,3 faizini təşkil etmişdir. 
2016-ci ildə sənaye müəssisələrində çalışanların orta sayı 657 nəfər, bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 369,8 manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta sayı 25,1 faiz artmışdır. Rayonda sənaye müəssisələri tərəfindən 262 nəfər işə qəbul (64 nəfər əlavə açılmış iş yerlərinə), 129 nəfər isə işdən azad olunmuşdur.
 
Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN