Kürdəmir rayonunda heyvandarlıq sahəsində məhsul istehsalı artıb.
Kürdəmir Rayon Statistka İdarəsindən bildirilib ki, 2016-cı ildə rayonda diri çəkidə 9868 ton ət, 42786 ton süd, 15553 min ədəd yumurta, 222 ton yun istehsal edilmişdir. 2015-ci illə müqayisədə ət istehsalı 0.1 faiz, süd istehsalı 2.4 faiz, yumurta istehsalı 0.1 faiz, yun istehsalı isə 0.2 faiz artmışdır.