Qarabağlar türbəsində bərpa işləri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Memarlıq Abidələrinin yenidən bərpası və təmiri məqsədilə 04.06.2016-cı ildə sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanacaq elmi bərpa layihəsi əsasında işlərin aparılması Qarabağlar türbəsində tarix mədəniyyət müzeyin yaradılması ulu tariximizin bu yadigarının həm keçmiş əzəmətinin, həm də keçmiş şöhrətinin özünə qaytarılmasına xidmət edəcəkdir.

Tarix: 4-12-2016 // saat: 12:38
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Memarlıq Abidələrinin yenidən bərpası və təmiri məqsədilə 04.06.2016-cı ildə sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanacaq elmi bərpa layihəsi əsasında işlərin aparılması Qarabağlar türbəsində tarix mədəniyyət müzeyin yaradılması ulu tariximizin bu yadigarının həm keçmiş əzəmətinin, həm də keçmiş şöhrətinin özünə qaytarılmasına xidmət edəcəkdir. Başqa sözlə, əsrlər boyunca dünyanın dörd bir tərəfindən gəlmiş fatehləri heyran qoyan Qarabağlar türbəsi sərəncamın icrasından sonra dünyanın dörd bir tərəfindən gələn turistləri heyran qoyacaqdır. Bu isə təkcə tarixi abidənin  qorunmasını deyil bu istiqamətdə mövcud olan turizm marşrutu potensialını reallaşdırılmasını Qarabağlar türbəsini görmək istəyən turistlərə xidmət edə biləcək xidmət obyektlərinin yaradılmasını təmin edəcəkdir. 2016-cı ildən başlanılan işin davamı əzəmətli Qarabağlar türbəsi tarixinin yeni həyatının başlanğıcıdır. 
2001 ci ildən dünya əhəmiyyətli abidələrinin siyahısına daxil edilmiş memarlıq incilərindən sayılan Qarabağlar türbəsi Kəngərli rayonunun eyniadlı kəndinin şimal-qərb hissəsində yerləşir. Qarabağlara kənd desək də, tarixi mənbələrə görə, bir zamanlar bu yaşayış məntəqəsi kifayət qədər böyük bir şəhər olub. Daha dəqiq, elmi mənbələrdə XII-XIV əsrlərdə Qarabağların bir şəhər kimi inkişaf etdiyi və bu zamanda bu türbənin tikildiyi bildirilir. Başqa sözlə, Qarabağlar türbəsi orta əsrlər Şərq və Azərbaycan memarlığının mühüm bir nümunəsi olmaqdan əlavə, həm də bu dövrdə güclənmiş dövlətlərin iqtisadi-mədəni inkişaf səviyəsindən, həmin dövlətlərin insana, onun şanına, xidmətlərinə verdiyi qiymətdən və nəhayət bir zamanlar torpaqlara sahiblik edəcək varislərə bir iz  qoyub getmək kimi mühüm motivlərdən xəbər verən qiymətli tarixi əsərdir, yenidən qazıntısı və təmirinə başlanıb. Qazıntılar zamanı bünövrələrin yenidən qazılaraq ölçüləri dəqiqləşdirilir və yenidən plana alınaraq rekonusturiksiya işləri aparılır. Bünövrələrin torpaq səthində qazıntılar zamanı 9 ədəd hündürlüyü 70 sm olan təndir tapılmışdır. Bu təndirlərin 4-ü salamat vəziyyətədir. Güman edilir ki, bu təndirlərdən kürsülük kimi istifadə olunub. Bünövrənin şimal tərəfində qazıntı işləri zamanı ölçüsü 70x70 (sm) olan, daş üzərində oyma həndəsi səkkizbucaqlı və nəbati naxışlarla bəzədilmiş əl işi tapılmışdır. Bu daş onu göstərir ki, Qarabağlarda daş oyma sənəti inkişaf etmişdir. Bu kompleksə daxil olan ansamblın saxlanmış digər tikilisi baştağ vasitəsilə birləşdirilmiş iki minarədir. Onların təməllərin fasadları naxışlı bölgü ilə işlənib. Səkkizvəchli alcaq həcm minarələrin silindrik gövdələrinə keçidi təmin edir. Hörgünün şaquli  calaqlarına firuzeyi rənglə işlənmiş ensiz kərpiclər yerləşdirilib. Minarələr arasında görünən hörgü qalıqlarına əsasən demək olar ki, indiki baştağın yerində əvvəllər daha böyük baştağ olub. Onun fasad və yan divarlarında nəsxlə işlənmiş kitabənin qalıqları saxlanılıb. Orada binanın tikilməsi barədə sərancam və ad həkk olunub. XII əsrin axırlarında və ya XIII əsrin əvəllərində tikilməsi güman edilir. Elxani hökmdarı Hulakü xanın xanımı Quti xatunun adı yazıldığından onun Quti xatunun şərəfinə tikildiyi güman edilir. 1928-ci ildə qoşa minarəli baştağın kitabəsində ərəb dilində bu sözlər yazıldığını müəyyən etmişlər: “Allahın bu nişanəsi türkman Quti xatunundur”. Qarabağlar Türbəsi aşağı sərdabə və yerüstü hissədən ibarətdir. Divarların qalınlığı 140, cevrələrin birləşməsində isə 70 santimetrdir. Türbənin yeraltı hissəsi abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəsini təşkil edir. Türbənin bu hissəsi vaxtilə gümbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir. Sərdabəyə şimal tərəfdən yol vasitəsilə daxil olunur. Türbənin yerüstü hissəsi isə üç əsas memarlıq quruluşundan əmələ gəlir: daşdan hörülmüş kürsülük, türbənin gövdəsi 12 yarım silindrin bir dəstə halında birləşməsindən və piramidal gümbəzdən əmələ gəlir. Üst kamera uzadılmış proporsiyaya malik düzgün on iki vəchli həcmi xatırladır. Divarlarda dərin yerləşdirilmiş düzbucaq şəkili taxçalar bir qədər ensiz oxvari taxçaları dövrəyə alıb və üzərində stalaktit (kəlmə anlamı damla axan deməkdir) kəmərlə birləşdikdən sonura günbəzə keçid yaradmış, kameranın icəri üzü qırmızı kərpiclə işlənmişdir. Türbənin səthi qırmızı kərpic və firuzeyi kaşıdan quraşdırılmış kitabədir. Kürsülükdən başlayaraq yuxarıdakı haşiyəyə qədər 12,25 metr bir hissəni örtən və firuzeyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir kompozisiyadan əmələ gələn bu kitabə, həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir.
Türbənin fasad bəzəyi dəfələrlə təkrarlanan romblar icərisində yazılan "la ilahə illəllah Məhəmmədən Rəsulallah" kəlmılərindən ibarətdir. Türbənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha sonra 80 santimetr hündürlüyündə geniş kitabə qurşağı nəsx xətti ilə işlənmiş kitabədə “Mülk” surəsi yerləşir. Yazıların qalıqları bu günümüzə gəlib çıxmış bu  kitabə ağ  hərflərlə yazılmış yerliyi isə göy kaşı, firuzeyi kaşılarla isə nəbati naxışlar işlənmişdir. Mülk surəsinin ayələri yenidən bərpa olunaraq əvvəlki görkəminə qaytarılıb.
Kitabə qurşağının üstündə tacvari stalaktit kəməri vermişdir. Stalaktit sonluqların məntiqi inkişafı olan bu kəmər 12 üzlü pramida günbəzə kecid təşkil edən 2 yaruslu stalaktit kəmərə yerləşdirilmişdir. Bu stalaktitlərin daxili səthləri də rəngli həndəsi ornamentlə örtülmüşdür. Stalaktit qurşaqdan sonura konus şəklində olmuş yarımsilindr yuxarı günbəzin səthi də qırmızı və firuzəyi  kaşıdan ibarət həndəsi ornamentlərlə örtülü olmuşdur. Öz quruluşu və bəzəyi etibarilə Qarabağlar türbəsinin ən maraqlı kompozisiya xüsusiyyətilə 4 portal (baştağ) olmasıdır. Bu baş tağlar şimal, cənub, şərq və qərb  istiqamətlərində yerləşərək türbəyə 4 fasadlı görkəm verir. Ümumi sxemi etibarilə bir-birinə uyğunlaşsalar da bu 4 baştağ bir-birindən fərqlənir. Baştağların səthi kaşı ilə örtülmüş, şərq baştağda isə həndəsi ornamentlər üstünlük daşıyır, üslublaşdırılmış bitki naxışlarla bəzədilmişdir. Tağın  içəri üzündə nəsx xətti ilə yazılmış "Əli" sözləri təkrar olunub. Bunlardan ən maraqlısı şimal portalında, stalaktit qurşağı daha dərin olması və Qarabağlar türbəsi ilə Bərdə türbəsinin oxşarlığına və hər ikisinin XIV əsrin əvəllərində tikilməsinə əsasən bu abidələrin eyni memarlıq məktəbinə aid olduğu, hətta Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi, Bərdə türbəsinin müəllifi Əhməd Əyyub oğlu Hafiz Naxçıvani tərəfindən inşa edildiyi etimal edilir. Deyimə görə türbə tək bir Allah, on iki silindr on iki imam, dörd portal qapı dörd kitaba işarədir. Bu deyimlərin türbəyə uyğun gəldiyinə görə Qarabağlar türbəsinin hər daşında bir sirr gizlənir. 
Qarabağlar türbəsi Azərbaycan memarlığının ən dəyərli islam mədəniyyətini özündə əks etdirmişdir.
 
Ziya Əliyev 
Qarabağlar türbəsində iş icraçısı
Memarlar İttifaqının üzvü

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN