İlxıçı kəndi türk Şahsevənlərlə Azərbaycana gəlmiş İlxıçı tayfasının məskunlaşdığı ərazilərdəndir. Hələ 1824-cü ildə həmin kənddə 38 ailəlik nüfusun olduğu arxiv sənədlərindən məlumdur. İlxıçı kəndi həmin dövrdə şirvan əyalətinin Xançoban mahalına daxil olmuşdur.İlxıçı kəndi Nazırçayın vadisində yerləşir. Cənubi Azəbaycanda da Nazırçay və vadisində İlxıçı kəndi olan coğrafi ərazi məlumdur. Bu onu göstərir ki, bəzi tayfalar özləri ilə nəinki mal-qaralarını, özünəməxsus həyat tərzini, hətta coğrafi adları da gətirmişlər.