Ahıl insanlara kitab oxunub

21 Oktyabr 2016-cı il tarixdə Mərkəzi kitabxananın işçiləri Ağsu şəhərində yaşayan ahıl insanlara evlərdə kitabxana xidməti göstərmişdir. 

Tarix: 22-10-2016 // saat: 22:10
21 Oktyabr 2016-cı il tarixdə Mərkəzi kitabxananın işçiləri Ağsu şəhərində yaşayan ahıl insanlara evlərdə kitabxana xidməti göstərmişdir. Italiyanın Florensiya  şəhərinin “Oblate” kitabxanasının iş təcrübəsini tətbiq edən  Ağsu rayon Mərkəzi kitabxanasının işçiləri  Şəhla Məhərrəmova, Əzəmət Əliyev, Aygün Həşimova, Ləman Əfəndiyeva və Mələkxanım  Qəhrəmanova  Ağsu şəhərində yaşayan  ahıl insanlara evlərində kitabxana xidməti göstərmişlər. Onlar yaşlı insanlara kitab oxumuş, onları maraqlandıqları ədəbiyyatları öyrənmiş və suallarını cavablandırmışlar. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı il 09 avqust tarixli 2210/06 nömrəli məktubunu icra edən Mərkəzi kitabxana  işçiləri bundan sonra da  ahıl insanlara kitabxana xidmətini müntəzəm olaraq davam etdirəcəkdir.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN