2016-cı ilin I yarımili ərzində Kürdəmirdə turizm obyektlərinə gələnlərin sayı əvvəlki illərlə müqayisədə dəfələrələ artıb. Beləki, Kürdəmir rayonunda fəaliyyət göstərən 6 mehmanxanada 2016-cı ilin I yarımili ərzində 1777 nəfər yerləşdirilmişdir ki, bu da əvvəlki il ilə müqayisədə 487 nəfər yəni 27.4 faiz artım deməkdir. Kürdəmir rayon Statistika idarəsi bildirir ki, 2016-cı ilin I yarımili ərzində mehmanxanalarda 13511 gecələmə keçirilmişdir ki, bunun da 7211-i ölkə vətəndaşı, 6300-ü isə digər xarici ölkə vətəndaşlarıdır. Bu dövr ərzində Kürdəmir rayonunda fəaliyyət göstərən mehmanxanaların gəlirləri isə 1222.4 min manat olmuşdur.