Ağsunun qədim kəndlərindən biri Hinqar kəndidir. 1824-cü ilə aid arxiv sənədlərində şirvan əyalətinin Houz mahalına daxil olan 25 ailənin yaşadığı Hinqar kəndinin adı çəkilir. Hinqar oykonimi hun tayfasının adı ilə bağlıdır. Hunqar/Hinqar hun əri,igidi mənasındadır. Hun etnonimi ilə bağlı oykonimlərin mövcudluğu Ağsu ərazisində qədim türk nəsillərinin məskunlaşdıqlarını göstərir. Oykonim türk dillərində anqar "geniş vadi" sözü ilə də əlaqələndirilir.