Ağsu şəhər Mərkəzi Kitabxanası bu günlərdə ”Azərbaycan Milli Ensiklopediyası”nın 5 cildini almışdır. A hərfindən Ç hərfinədək bütün məlumatları özündə əks etdirən bu məlumat nəşri geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Milli Ensiklopediyasının bu cildlərində dünya sivilizasiyasının mühüm mərhələləri, ayrı-ayrı ölkələrin və xalqların tarixi, incəsənəti, iqtisadiyyatı, elmi haqqında ətraflı məlumatlar, ayrı-ayrı terminlərin izahı verilmişdir. Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri yaxından iştirak etmişlər.
Əziz Ağsulular! Cox qiymətli və dəyərli olan bu kitabları oxumağı unutmayın.
Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Nazənəm Salmanova