Azərbaycan Ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Səmədov Elşən Səlim oğlu aprelin 9-da doğulduğu Şamaxı rayonunda dəfn edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhid Elşən Səmədovun nəşi Şamaxı rayonu Göylər kəndindəki məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin kollektivi, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə ağsulu iştirak edib. Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, aprelin 2-dən bu günədək Şamaxı rayonunda 3 şəhid dəfn edilib.
https://www.youtube.com/watch?v=4FktkiteWtE
6.35-7.20 dəq...