Hacman

Tarix: 9-12-2014 // saat: 09:48
Antroponimdən yaranan toponimlər sırasında Hacman toponimini də qeyd etmək lazımdır. Hacı şəxs adı və iran mənşəli man "ev, mənzil,məskən" hissələrindən ibarət olub, hacı məskəni, evi deməkdir. Mənşəcə Cənubi Azərbaycandan köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.1824-cü ilə aid mənbələrə görə ġirvan əyalətinin Qoşun mahalına daxil olan Hacmanlı kəndinin 28 ailəlik nüfusu var idi. Hacmanda Yel piri, İsa baba piri, Cəhrə piri kimi müqəddəs ziyarətgahlar vardır.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN