Şamaxı şəhərində keçirilən “XƏMSƏ” Milli İntellektual Oyunu üzrə gənclər arasında VIII Azərbaycan Çempionatının Dağlıq Şirvan üzrə zona mərhələsi keçirilib. Yarışda altı rayondan səkkiz komanda – İsmayıllı və Ucarın iki komandası, Qobustan, Şamaxı, Kürdəmir və Ağsu rayonlarının hər birindən bir komanda iştirak edirdi. Gərgin mübarizə şəraitində keçən yarışda İsmayıllının “Babadağ” komandası I yer, Ucar komandası II yerə, Qobustan komandası III yerə, layiq görülərək aprel ayında keçirilməsi nəzərə tutulmuş Respublika final mərhələsində iştirak etmək hüququ qazanmışlar. Qalib komandalar Şamaxı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.