Meksikanın Azərbaycandakı səfiri cənab Xuan Rodrigo Labardini Flores Şamaxı rayonuna səfər edib.Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə keçən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Asif Ağayev Şamaxının tarixi və mədəniyyəti barədə məlumatlar verərək rayonun inkişafından, son vaxtlar həyata keçirilən layihələrdən, fəaliyyət göstərən müəssisələrdən danışıb. Səfir Meksika-Azərbaycan əlaqələrindən söz açaraq, ölkələrimiz arasında əməkdaşlığın potensialı, qarşılıqlı tanıtıma və yaxınlaşmaya xidmət edən milli mədəniyyətlər arasındakı oxşarlıqları qeyd edib.
Görüşdən sonra Rodrigo Labardini Şamaxının tarix və mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq Muzeyi, Cümə məscidi və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olub.