Bu gün ilaxır çərşənbələrindən ikincisi - od çərşənbəsidir. Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə-od çərşənbəsi qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olmuşdur. "Atəş türk xalqlarında müqəddəsliyi, qutsallığı qoruyan varlıqlardan biridir. Əski düşüncəyə görə, atəş ocağı, ocaq da evi, soyun davamını təmsil edir. İnanclara görə oda su tökülməz, ona pis söz deyilməz".
Adət -ənənəyə görə, bu gün də tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün azar-bezarı yandırırlar.
BAYRAMINIZ MÜBARƏK!