Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş-dur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insan-lıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizlə-mə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet döv-ründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı depor-tasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.1988-ci ildə isə öz tari-xi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənis-tan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisə-lər erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdır-maq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.Bütün bunlar 22 Fevral 2016-cı il tarixində Mərkəzi kitabxanada keçirilən “dəyirmi masa”da vurğulandı.”Də-yirmi masa”da rayon ziyalıları,fəal oxucular iştirak edirdi.Çıxış edən Mərkəzləşdirilmiş Kitab-xana Sisteminin direktoru Cəbrayıl Bədəlov,Xocalı qaçqını Əmrah Məmmədov,tarix müəlli-mi Sənan Nemətov,fəal oxucu Günel Şıxaliyeva,kitabxanaçı Yaqut Kərimli,şəhər sakini Ey-vaz Bayramov və başqaları belə fikir vurğuladılar ki, ermənilər tərəfindən törədilmiş bu ci-nayət cəzasız qalmayacaq,beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermə-nistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırı-mına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verəcəklər.Tədbirin sonun-da Xocalı faciəsinə həsr olunmuş sənədli filmə baxış keçirildi.