Şahsevən tayfasının nüfuzlu başçılarından olan Yunsur Paşanın nəticəsi Qara Qasımbəydən törəyən nəsillər yerləşdikləri ərazilərə öz nəsillərinin adını verirdi. M.H.Vəliyev şamaxı qəzasına daxil olan Hacı Qasımlı toponimini də həmin nəsillə bağlayırdı. Hacı Qasımlı kəndi dib yolunun alt tərəfində Gəgəli arxının sağ və solunda yerləşmişdir. Keçən əsrin əvvəllərində kəndin əhalisi Ağsu şəhərinə köçmüşdür.