İsmayıllı sakinləri mütəşəkil qaydada tibbi müayinədən keçir

Tarix: 20-2-2016 // saat: 15:08
Cənab prezidentin tapşırığı ilə artıq 3 ildir ki, əhali pulsuz olaraq tibbi müayinədən keçirilir. Bu il də fevralın 15-dən mayın 2-dək Respublika əhalisinin tibbi müayinədən keçirilməsinə başlanıb. Bununla əlaqədar İsmayillib rayonunda da, mühüm tədbirlər həyata keçirilib. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsinə nail olmaq məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsini təşkil etmək üçün komissiya, işçi qrupu yaradılıb, kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafik hazırlanıb. Sərəncamdan irəli gələn məsələlərin icrası ilə əlaqədar RİH-də aidiyyəti idarə və müəssisə rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin təşkili üçün Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə tapşırıqlar verilib, həmçinin Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinə, idarə və təşkilat rəhbərlərinə tədbirin yüksək səviyyədə təşkili üçün əhali arasında geniş təşkilati işləri aparmaq tapşırılıb. İsmayıllıda əhalinin tibbi müayinəsinin mütəşəkkil keçməsi üçün səhiyyə müəssisələrində bütün zəruri tədbirlər görülüb. Əhalinin aksiyaya fəal cəlb olunması üçün kənd və qəsəbələrdə maarifləndirmə işləri aparılır. Aksiya əhali tərəfindən razılıqla qarşılanır. Aksiya başlandığı gündən indiyədək Rayon Mərkəzi Xəstəxanası, Rayon Mərkəzi Poliklinikası, Uşaq Poliklinikası, həmçinin Lahıc qəsəbə, İvanovka kənd sahə xəstəxanalarında, 11 kənd həkim məntəqəsində 4306 nəfər tibbi müayidən keçirilmişdir. Bunlardan 107 nəfəri ambulator, 14 nəfəri stasionar müalicəyə cəlb olunmuşdur. Onu da qeyd edək ki, RMX tərəfindən təşkil olunan biriqadalar əlillərin, sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinəsi evlərdə və yaşadıqları ünvanlarda həyata keçirir. 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN