2015-ci il 2014-cü illə müqayisədə Ümumi Məhsul Buraxılışı (ÜMB) 6 % artaraq 339 293.7 min manat təşkil etmişdir. ÜMB-n-n 72.2 faiz məhsul istehsalı sahələrində, o cümlədən 16.2 faizi sənayedə, 38.3 faizi kənd təsərrüfatı , meşə təsərrüfatı və balıqçılıq sahəsində, 17.7 faizi isə inşaat kompleksində yaradılmışdır.
ÜMB-nin 27.8 faizi xidmət sahələrində, 1.4 faizi nəqliyyat və anbar təsərrüfatı sahəsində, 0.2 faizi informasiya və rabitə sahəsində,26.2 faizi ticarət və ictimai iaşə sahəsində olmuşdur.
Sənaye sahələrində fiziki şəxslərin də fəaliyyəti nəzərə alınmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 90 faiz çox və ya 55 031.4 min manatlıq sənaye məhsulu istehsal edilib.
Məhsul istehsalının və sənaye xarakterli xidmətlərin həcmi dövlət bölməsində 11.3 faiz, qeyri-dövlət bölməsində isə, 2 dəfədən çox artıb. Sənaye məhsulunun 90.8 faizi emal,7.8 faizi elektrik enerjisi,qaz buxar və kondisiyalaşdirılmış hava ilə təchizat, 1.4 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrinin payına düşüb. Hesabat dövrünün sonuna sənaye müəssisələrinin anbarlarında 127.5 min manatlıq hazır məhsul qalığı olub.
İlin əvvəlində inşaat kompleksində 61 623.9 min manat məbləğində investisiyadan istifadə edilib. İstifadə edilən vəsaitin 97.2 faizi və ya 59 891.2 min manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2015-ci il ərzində 2014-cü ilə nisbətən əsas kapitala yönədilmiş investisiyanın həcmi 31.1 faiz tikinti quraşdırma işlərinə yönəldilmiş vəsaitin həcmi 31.9 faiz azalmışdır.