Hadisə bu gün səhər saatlarında Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Ramin Ramiz oğluna məxsus evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 240 kvadratmetr olan 4 otaqlı evin 110 kvadratmetrlik hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
FHN-nin yaydığı xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.