Yanvarın 25-i axşam saatlarından başlayaraq yağan qarın səviyyəsi Muğanlı – İsmayıllı yolunda 45-50 bəzi yerlərdə isə, 60 sm-ə çatıb. 7 sayli İsmayıllı Yİİ-nin rəisi Məhəmməd Musyevdən aldığımız məlumata görə, idarənin maşın mexanizmləri yolun qardan təmizlənməsinə səfərbər olunub.
Ağsu, dolaylarında isə, qarın səviyyəsi 18-22 sm-ə çatıb. Şamaxı rayon mərkəzində qarın səviyytəsi 20 sm-ə çatıb. Dağ kəndlərində isə, 30-35 sm təşkil edir. Rayon mərkəzinin avtomobil yolları hərəkət üçün açıqdır. Ucqar kəndlərə gedən yolların qardan təmizlənməsinə Şamaxı Yİİ-nin maşın mexanizmləri səfərbər olunub. Hər üç istqamətdə qaın yağması davam edir.Yolun hərəkət zolağına qum və duz səpilir.