FHN Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Göyçay rayonunda maarifləndirmə tədbiri

Tarix: 22-1-2016 // saat: 11:17
Göyçay şəhər 7 saylı tam orta məktəbdə təşkil edilən tədbirdə FHN-nin Aran Regional Mərkəzinin nümayəndələri, rayon yanğından mühafizə hissəsinin əməkdaşları, 200-dən çox müəllim və şagird iştirak edib. Tədbirdə nazirlik tərəfindən yanğın, partlayış, torpaq sürüşmələri və qəzaların qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verilib, müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri, bu bilikləri həmkarlarına çatdırmaları olduqca vacib hesab edilib. Belə olarsa məktəblərdə şagird və müəllim heyəti xilasedicilər gələnə qədər öz təhlükəsizliklərini təmin edə bilərlər. Sonra “Fövqəladə hallar zamanı özünü necə aparmalı”, “Dəm qazından ehtiyatlı olun” və “112 qaynar xəttinə hansı hallarda müraciət etmək olar” mövzularında məruzələr dinlənilib. Tədbirdə “Dəm qazından ehtiyatlı olun” adlı videoçarx nümayiş etdirilib, mərkəzin əməkdaşları tərəfindən mövzuya dair suallar cavablandırılıb.
Daha sonra məktəblilərə təbii fəlakətlər, daşqınlar, zəlzələlər zamanı görüləcək tədbirlərlə bağlı məlumatlar verilib.
Tədbirdə FHN-nin fəaliyyətini əks etdirən videoçarx da nümayiş olunub. Tədbirin nəzəri hissəsindən sonra rayon yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən praktik xilasetmə qaydaları göstərilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN