XIX əsrin əvvəllərində şirvan əyalətinin Xançoban mahalına daxil olan Göydəlləkli kəndi Girdimançayın vadisində şirvan düzündə yerləşir.1824-cü ilə aid arxiv mənbələrində kəndin 24 ailəlik nüfusa malik olduğu qeyd edilir. Göydəlləkli oykonimi göy (yaşıllıq) sözündən və dəlləkli (ərəb-şamlı tayfasının tirələrindən birinin adı) etnonimindən ibarətdir. XIX əsrdə Xançoban mahalının kəndlərindən biri Eldəlləkli adlanır. Göründüyü kimi dəlləkli kəndlərini fərqləndirmək üçün göy komponenti toponimə əlavə edilmişdir.