Rayon statistika idarəsinin məlumatına görə, 2015-ci ildə bölgədə diri çəkidə 4867,3 ton ət, 23 min 146 ton süd, 17 milyon 76 min ədəd yumurta, 377,7 ton yun istehsal edilib.2014-cü ilə nisbətən ət istehsalı 23,6 ton, süd istehsalı 135 ton, yumurta 490 min ədəd, yun istehsalı isə 2,3 ton çox olub. Keçən il 2014-cü ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 260 baş artaraq 38171 başa, davarların say 1538 baş artaraq 192 min 108 başa, quşların sayı 4554 baş artaraq 273 min 670 başa çatıb.