Şamaxı rayonunda ötən il 48,5 ton bal istehsal olunub

Tarix: 6-1-2016 // saat: 14:57
Bu da,əvvəlki il ilə müqayisəda göstəricidən 12 ton çoxdur.
Rayon icra hakimiyyətinin məlumatına görə, bölgədə arı ailələrinin sayı da, artıb. Belə ki, ailələrin sayı 2014-cü ilə nisbətən 251 qutu artaraq 5111-ə çatıb.
Arıçılığın inkişafı, hər şeydən əvvəl təsərrüfatın bu sahəsinə marağın artmasının nəticəsidir. Təsadüfi deyildir ki, Şamaxı arıçıları Bakıda təşkil olunan ənənəvi bal satışı yarmarkasına keçən il 3,5 ton məhsul çıxarıblar. Bu da 2014-cü ildə təşkil olunan satış yarmarkaya çıxarılan məhsuldan 1,5 ton çoxdur.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN