Muğanlı- İsmayıllı avtomobil yolunun keçdiyi əraziyə dekabrın 30 –u axşam saatlarından yağmağa başlayan qarın səviyyəsi 40 sm-ə çatıb. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün 7 saylı İsmayılli Yİİ-nin 10 texnika və 40 nəfər işci qüvvəsi yolun hərəkət zolağının qardan təmizlənməsinə səfərbər edilib. Yola qum və duz səpilir. Bunun üçün əvvəlcədən kifayət qədər qum və duz tədarük olunub. 7 saylı Yİİ-nin rəisi Məhəmməd Musayevdən aldığımız məlumata görə yolun keçdiyi ərazilərdə havanın temperaturu - 3 -5 dərəcəyədək enib. Bütün bunlara baxmayaraq avtomobil yolu nəqliyyatın hərəkəti üçün açıqdır.