Dekabrın 30-da şəhərin mərkəzindəki Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda keçirilən bayram mərasimində rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin rayon əhalisinə təbriki çatdırılıb, ümummilli lider Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinin formalaşmasındakı əvəzsiz xidmətlərindən, onun təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin öz milli dövləti ətrafında sıx birləşməsindən geniş söhbət açılıb.
Diqqətə çatdırılıb ki, azərbaycançılıq və vətənpərvərlik prinsipləri bu gün dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayonun musiqi kollektivləri, Şaxta baba, Qar qız və nağıl qəhrəmanları tədbir iştirakçılarına xoş ovqat bəxş ediblər. Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.