31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Ağsu rayonunda təntənəli tədbirlərlə qeyd olunub

Tarix: 30-12-2015 // saat: 17:36
Dekabrın 30-da səhər şəhərin mərkəzinə bayramsayağı bəzədilmiş Heydər parkına gələn rayon rəhbərləri, ictimaiyyətin çoxsaylı nümayəndələri ilk öncə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər qoyublar.
Sonra rayon mədəniyyət sarayında keçirilən tədbirdə “Heydər Əliyev: Hamımızı birləşdirən azərbaycançılıq ideyası” mövzusunda məruzə dinlənilib, təbriklər səsləndirilib. Vurğulanıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünün, daxili çəkişmələrin yaratdığı problemlər, ölkəmizin düçar olduğu dərin böhran şəraitində xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan görkəmli dövlət və siyasi xadim Heydər Əliyev xalqı bir araya gətirmək, xaricdə belə Azərbaycan diasporunun formalaşdırılması və təşkilatlandırılması üçün fəal iş aparıb və öz məqsədinə nail olub. Bakıda dünya Azərbaycanlılarının birinci, sonra isə ikinci qurultayının çağırılması, nəhayət 2007-ci il martın 9-da Bakıda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunun keçirilməsi mühüm hadisələr idi.
Məruzə və çıxışlarda, daha sonra bildirilib ki, ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin səyi ilə azərbaycan diasporu daha da, formalaşıb. Bu sahədə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın da, xüsusi xidmətləri qeyd olunub.
Məruzə və çıxışlardan sonra musiqiçilərin ifasında zəngin repertuarlı bayram konserti verilib. Konsert günün ikinci yarısında parkda, açıq havada davam etdirilib.
Heydər parkında, habelə yolka ətrafında şənlik keçirilib, uşaqlara Yeni il hədiyyələri paylanıb.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN