Həmrəylik günü və Yeni il bayramı münasibətilə iştirakçıları təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova fiziki cəhətdən imkanları məhdud uşaqlara, onların valideynlərinə göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə uşaq incəsənət məktəbinin şagirdləri zəngin konsert proqramı ilə çıxış ediblər. 1 saylı uşaq bağçasının balaca sakinləri tərəfindən səhnələşdirilən “Meyvələrin söhbəti” nağılı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rayon mədəniyyət sarayında təşkil olunan tədbirdə valideynləri ilə birgə 60 nəfərədək əlil uşaq iştirak edib.
Sonda uşaqlara bayram hədiyyələri verilib.