Ağsu ərazisində Gorus tayfasının adı ilə bağlı olan kəndlərdən biri də Garıs kəndidir. 1824-cü ilin məlumatlarına görə şirvan əyalətinin Xançoban mahalına daxil olan Garıs kəndində 183 ailə yaşayırmış. Lakin həmin kənd hazırda dağılmış kəndlər sırasındadır. Garıs kəndindən yalnız "Garıs yeri" toponimi yadigar qalmışdır.Göründüyü kimi Ağsu ərazisində məskunlaşmış gorus tayfalarının taleyinə toponimlərdə əbədiləşdirdikləri adlarını itirmək düşmüşdür. Hazırda həmin tayfanın adı ilə bağlı oykonimlər yoxdur.